Reuters: Rusiya ABŞ-dən Ukraynada atəşkəs tələb edir

Dünya

13.03.2025 12:20

2754

Vaşinqtonun 30 günlük atəşkəs təklifindən sonra Rusiya ABŞ-yə Ukraynada potensial atəşkəs razılaşması üçün “tələblər siyahısı” verib.   

TodayPress xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb. 

“Vəziyyətlə tanış olan iki mənbə bildirib ki, Rusiya Vaşinqtona Ukraynada müharibəni dayandırmaq və ABŞ ilə münasibətləri bərpa etmək üçün razılaşma tələblərinin siyahısını təqdim edib” agentliyin açıqlamasında deyilir. 

"Reuters" xəbər verir ki, konkret tələblər hələ açıqlanmayıb. Rusiyanın Kiyevlə tələblərin qəbuluna qədər sülh danışıqlarına hazır olub-olmadığı da məlum deyil. 

Agentliyin mənbələrinin bildirdiyinə görə, tələblər Moskvanın əvvəlki şərtlərinə, o cümlədən Ukraynanın  NATO-ya üzvlüyündən imtinası, birləşmiş ərazilərin tanınması və Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməməsinə dair razılaşmaya bənzəyir. 

Töhfə Səməd

tag: ABŞ,Rusiya,Ukrayna,Tələb,Atəşkəs,Todaypress.az,