"Reuters": Ukrayna-ABŞ sazişi maliyyə riskləri daşıyır

Dünya

02.05.2025 11:40

11

Ukrayna ilə ABŞ arasında faydalı qazıntıların hasilatına dair əldə edilən razılaşmadan maliyyə baxımından əhəmiyyətli gəlir əldə edilməsi on illərlə çəkə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazır.

Ekspertlərin qənaətinə görə, inkişaf etmiş mədən sənayesi olan Kanada və Avstraliya kimi ölkələrdə belə, strateji mineralların hasilatı üçün lazım olan infrastrukturun qurulması 10-20 il tələb edir.

Ukraynada isə vəziyyət daha mürəkkəbdir, müharibənin dağıtdığı infrastruktur, qeyri-sabit təhlükəsizlik və əlverişsiz investisiya mühiti ciddi maneələr yaradır.

Agentlik əlavə edib ki, bəzi gəlir vəd edən yataqlar hazırda Rusiya tərəfindən işğal olunmuş ərazilərdə yerləşir. Hazırkı razılaşma isə həmin bölgələrin təhlükəsizliyi ilə bağlı heç bir təminat təqdim etmir.

Qiymət Mahir

tag: Ukrayna,ABŞ,Saziş,Rusiya,todaypress.az,