Reynolds: "ABŞ-nin polad və alüminium tarifləri məyusedicidir"

Dünya

12.03.2025 18:18

700

Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds deyib ki, ABŞ-nin qlobal polad və alüminium idxalına 25 faizlik rüsum tətbiq etməsi “məyusedicidir”.   

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.   

Yeni qüvvəyə minən tariflərə cavab verən Reynolds, Britaniya hökumətinin praqmatik bir yanaşma tətbiq etdiyini bildirib.

O, qeyd edib ki, əlavə tarifləri aradan qaldırmaq və Britaniya biznesinə, iqtisadiyyatına dəstək olmaq üçün ABŞ ilə daha geniş iqtisadi sövdələşmə üzrə fəal danışıqlar aparıb.   

"Biz bütün variantları masada saxlayacağıq və milli maraqlar baxımından cavab verməkdən çəkinməyəcəyik" deyən nazir hökumətin Britaniya sənayesinə verdiyi dəstəkdə qətiyyətli olduğunu vurğulayıb.   

Aysel Mətləb

tag: Conatan Reynolds,Nazir,BRitaniya,ABŞ,Todaypress.az,