RFPI Rəhbəri: “ABŞ Rusiyanın mövqeyini anlamağa hazırdır”
“Cozef Baydenin administrasiyası Rusiyanın narahatlıqlarını anlamağa çalışmayıb, lakin indi Vaşinqton Moskvanın mövqeyini dinləməyə və başa düşməyə hazırdır”.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) rəhbəri Kirill Dmitriyev açıqlama verib.
O, qeyd edib ki, Rusiya və ABŞ arasında danışıqlarda irəliləyişə növbəti iki-üç ay ərzində nail olunacağı gözlənilir.
Dmitriyev Moskva ilə Vaşinqton arasında iqtisadi əlaqələrin qurulmasının əsasən ABŞ üçün vacib olduğunu vurğulayıb və Rusiyanın ilk növbədə sanksiyaların yumşaldılmasına çalışdığı barədə iddiaları təkzib edib.
Onun sözlərinə görə, hər iki ölkənin iqtisadiyyatı qarşılıqlı əməkdaşlıqdan faydalanacaq. RFPI rəhbəri həmçinin bildirib ki, ABŞ-nin yeni administrasiyası ilə dialoq qurmaq üçün artıq prezident Donald Trampın komandasının bəzi üzvləri ilə görüşüb.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Tramp,Moskva,Vaşinqton,Todaypress.az,