Ritter: “Məsuliyyət Ukrayna və Avropanın üzərindədir”

Dünya

03.05.2025 21:20

13

“Ukrayna və Avropa İttifaqı Rusiyaya qarşı irəli sürdükləri tələblərdən imtina etməlidir, çünki məhz onlar münaqişənin başlanmasına görə məsuliyyət daşıyırlar”. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş kəşfiyyatçısı Skott Ritter açıqlama verib. 

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp vaxtilə Ukrayna lideri Volodimir Zelenskiyə güzəştə getməyi təlqin edib, amma Avropa sanki prosesə heç aidiyyəti olmayan tərəf kimi davranıb. 

“Bu isə ciddi səhv idi. Münaqişənin başlamasında həm Ukrayna, həm də Avropa günahkardır” deyə Ritter bildirib.

Qiymət Mahir

tag: Ukrayna,Avropa İttifaqı,Rusiya,Tramp,todaypress.az,