Robot nəzarətdən çıxaraq işçilərə hücum etdi

Dünya

05.05.2025 19:50

16

Çində bir fabrikdə sənaye robotu texniki nasazlıq nəticəsində nəzarətdən çıxaraq təhlükəli hərəkətlər etməyə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə "Dail Mail" məlumat yayıb.

Kameraların qeydə aldığı görüntülərdə robotun qəfil nizamsız hərəkət etdiyi və yaxınlıqdakı işçilərin onu dayandırmağa çalışdığı görünür. Robot kompüter monitorlarını və digər əşyaları ataraq irəliləməyə çalışıb, lakin sonda kran vasitəsilə dayandırılıb.

Mütəxəssislər insidentin səbəbi kimi proqram xətası, mexaniki nasazlıq və ya operator səhvini göstərirlər. Zavod rəhbərliyi isə hələ rəsmi açıqlama verməyib.

Türkan İsgəndərli

tag: Çin,Robot,Texnika,Fabrik,todaypress.az,