Roma növbəti Tramp-Zelenski görüşünə ev sahibliyi edəcək?
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Romada mümkün görüşü təsdiq və ya təkzib etməyib.
TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
Eyni zamanda, Ağ Ev lideri hələ bir neçə nəfərlə görüşlər keçirəcəyini bildirib.
Tramp, qısa müddət ərzində İtaliyada olacağını əlavə edərək, Papanın dəfn mərasimində iştirak edərkən görüşlər keçirməyi “bir az hörmətsizlik” hesab etdiyini vurğulayıb.
Buna baxmayaraq, o, Zelenski ilə Romada danışıqların planlaşdırıb-planlamadığını dəqiqləşdirməsə də, İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüş keçirəcəyini açıqlayıb.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Ukrayna,Volodimir Zelenski,todaypress.az,