Roma Papasının son durumu açıqlandı
Roma Papası Fransisk hazırda həkimlərin
nəzarəti altında xəstəxanada olan və katoliklər tərəfindən qeyd olunan Kül
çərşənbəsi münasibətilə keçirilmiş ritualda kresloda oturaraq iştirak edib.
TodayPress xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın
mətbuat xidmətinin bəyanatında bildirilib.
Qeyd olunub ki, ikitərəfli pnevmoniya diaqnozu qoyulmuş
pontifikin durumu sabitdir, tənəffüs tutmaları təkrarlanmayıb.
Əvvəlki kimi, gecə saatlarında burun boruları vasitəsilə
oksigen təchizatı maska vasitəsilə süni ağciyər ventilyasiyası ilə əvəz
olunacaq. Tənəffüs fizioterapiyasına hərəkət terapiyası da əlavə edilib. Səhər
saatlarında Fransisk yenidən Qəzzadakı katolik icmasına zəng edib, həmçinin bir
müddət işlə məşğul olub.
Bəyanatda klinik vəziyyətin mürəkkəb olaraq qaldığı və proqnozun
ehtiyatlı olduğu vurğulanıb.
Xatırladaq ki, Roma Papası fevralın 14-dən
xəstəxanadadır.
tag: Papa, Aparat, Süni, Taxt-Tac, Fransisk, todaypress.az,