Roma Papasının vəziyyəti ağırdır

Dünya

23.02.2025 08:11

1880

Roma Papası Fransiskə qan köçürülüb, vəziyyəti ağır olaraq qalır.

 

TodayPress xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

 

“Papa Fransiskin vəziyyəti kritik olaraq qalır. Uzun sürən astmatik tənəffüs böhranı üçün tibbi yardıma ehtiyac duyub. Onda tombositopeniya aşkar edildiyindən qanköçürmə tələb olunub” məlumatda deyilir.

 

tag: Roma, Fransiskə, Vatikan, Papa, todaypress.az,