Rubio: "ABŞ Rusiyaya qarşı yeni sanksiyalardan imtina edir"

Dünya

27.04.2025 18:25

13

"ABŞ hələlik Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən imtina edir". 

TodayPress xəbər verir ki, bu barədə "NBC News" telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio danışıb.

“Çünki hələ də ümid edirik ki, münaqişənin sülh yolu ilə həlli üzrə səylər diplomatik yolla nəticə verəcək və biz tərəflərin mövqelərini yaxınlaşdıra biləcəyik” deyə o bildirib.

Rubionun sözlərinə görə, yeni sanksiyaların tətbiqi münaqişənin sülh yolu ilə həllindən uzaqlaşmaq anlamına gələ bilər.

Qiymət Mahir

tag: ABŞ,Rubio,Rusiya,Sanksiya,todaypress.az,