Rubio: “ABŞ yenidən istehsal edən ölkəyə çevrilməlidir”

Dünya

04.04.2025 19:10

1760

“ABŞ əvvəlki dövrlərə qayıtmalı, istehsal edən və vətəndaşlarını işlə təmin edən bir ölkə olmalıdır”.

TodayPress xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Marko Rubio Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra səsləndirib.

O, ABŞ prezidenti Donald Trampın tarif qərarlarının Avropanın müdafiə xərclərini artırmağa nə dərəcədə təsir edə biləcəyi ilə bağlı məsələyə toxunub. Onun sözlərinə görə, bazarlar “dünya ticarətində kəskin qayda dəyişikliklərinə reaksiya verir” və yeni şərtlərə uyğunlaşmağa çalışır.

“Onların sadəcə qaydaların nədən ibarət olduğunu bilməyə ehtiyacları var. Qaydaları öyrəndikdən sonra uyğunlaşacaqlar” deyə Rubio bildirib.

Dövlət katibi ABŞ-nin qlobal ticarət sistemini yenidən qurmalı olduğunu vurğulayıb:

“Prezident düzgün nəticəyə gəlib ki, mövcud dünya ticarət sistemi Amerika üçün zərərlidir, amma başqaları üçün faydalıdır. O bunu dəyişmək niyyətindədir və tamamilə haqlıdır ki, bu istiqamətdə hərəkət edir”.

Qiymət Mahir

tag: ABŞ,Rubio,NATO,Tramp,todaypress.az,