Rubio Avropanın Ukrayna planını açıqladı
"Avropa Rusiyanı zəiflətmək ümidi ilə Ukraynadakı münaqişəni daha bir il uzatmaq istəyir".
TodayPress xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "CNN" telekanalına müsahibəsində bildirib.
“Kimliyini açıqlamaq istəmədiyim bir xarici işlər naziri mənə dedi ki, müharibə daha bir il davam edəcək. Bunun əsas səbəbi isə Rusiyanın zəifləyərək, sülhə özünün istəyi ilə razı olmasıdır” deyə o, Avropa planını açıqlayıb.
Rubio vurğulayıb ki, münaqişənin daha bir il uzadılması yalnız daha çox itki və dağıntıya səbəb olacaq. O, planı “qeyri-real” adlandırıb.
Töhfə Səməd
tag: Marko Rubio,ABŞ,Dövlət Katibi,Ukrayna,Todaypress.az,