Rubio: “Görüş danışıqların irəliləyişindən asılıdır”

Dünya

21.02.2025 12:53

1131

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə mümkün görüşü tamamilə Ukraynadakı sülh danışıqlarının irəliləyişindən asılıdır. Onun sözlərinə görə, hazırda belə bir görüşün nə zaman baş tuta biləcəyi məlum deyil.

TodayPress xəbər verir ki, Rubio bu barədə “CBS News” jurnalisti Ketrin Herricə müsahibəsində bildirib.

“Belə görüşlər asan baş tutmur. Biz əvvəlcədən müzakirə mövzularını və mümkün nəticələri bilməliyik.

Görüşün vaxtı, əsasən, münaqişənin dayandırılması istiqamətində irəliləyiş olub-olmamasından asılıdır” o bildirib.

ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton Moskva ilə birbaşa dialoqu rəsmi şəkildə bərpa edib və Rusiyanın sülh danışıqlarına həqiqətən hazır olub-olmadığını anlamağa çalışır: 

“Prezident Tramp bilmək istəyir ki, Rusiya müharibəni bitirməkdə nə dərəcədə ciddidir və əgər hazırdırsa, bunu hansı şərtlərlə edəcək”. Eyni zamanda, Rubio ABŞ-ın Ukraynadakı müharibənin bitməsi ilə bağlı birtərəfli qərar verməyəcəyini və bu məsələdə Avropa İttifaqı ilə koordinasiyalı şəkildə hərəkət etdiyini vurğulayıb.

“Rusiya Ukraynanın razılığı olmadan atəşkəs elan edə bilməz, eyni zamanda biz də Avropanın iştirakı olmadan sanksiyaları aradan qaldıra bilmərik. Bu prosesə hamı cəlb olunmalıdır” deyə o qeyd edib. 

Qiymət Mahir

tag: Marko Rubio,ABŞ,Dövlət Katibi,Ukrayna,Todaypress.az,