Rubio ilə Mask arasında mübahisə baş verdi
ABŞ Dövlət Katibi Marko Rubio və milyarder İlon Mask arasında Ağ Evdə keçirilən iclasda mübahisə yaranıb. İclasda ABŞ prezidenti Donald Tramp bürokratik islahatlarla bağlı rəsmi şəxslərin sayını azaltmaq məsələsini müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Bildirilib ki, Tramp nazirlərə öz idarələrində kadr siyasəti və siyasət məsələlərində son sözün Maskda deyil, onlarda olduğunu bildirib.
Mask Trump tərəfindən federal bürokratiyanın böyük hissəsini ləğv etməklə məsuliyyət daşıyan şəxs Rubionu heç kəsi işdən çıxarmamaqda və böyük işçi kəsintilərinə qarşı çıxmaqda ittiham edib.
Dövlət Katibi Rubio isə Maska cavab verərək departamentində 1500 işçinin erkən pensiyaya çıxdığını bildirib.
“Mask, istəyirsən ki, bu insanları yenidən işə götürüm, sadəcə şou üçün onları işdən çıxardım?” deyə Rubio sərt çıxış edib.
Qiymət Mahir
tag: Mask,Rubio,Mübahisə,Tramp,ABŞ,Ağ Ev,Todaypress.az,