Rubio NATO-nun gələcəyini müzakirə edəcək

Dünya

03.04.2025 13:04

2405

ABŞ dövlət katibi Marko Rubio aprelin 3-də Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşəcək. Görüşdə əsas diqqət Ukraynaya dəstək və NATO-nun gələcək strategiyası olacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukrayna müharibəsinin dayandırılması üçün Rusiya ilə diplomatik dil tapmağa çalışdığını qeyd edir.

Vaşinqton Moskvanı atəşkəsə razı salmaq üçün “kəmənd yox, kökə” prinsipinə üstünlük verir.

Avropa Xarici Əlaqələr Şurasının aparıcı tədqiqatçısı Mayda Ruge hesab edir ki, bu yanaşma çərçivəsində dondurulmuş Rusiya aktivlərinin açılması və sanksiyaların, o cümlədən Aİ-nin sanksiyalarının yumşaldılması məsələsi gündəmə gələ bilər.

Ağ Evin Ukraynaya dair siyasətində dəyişikliklər nəzərə çarpır, hərbi yardımın koordinasiyası Böyük Britaniya və Almaniyaya həvalə olunub,

Rusiya ilə münasibətlərdə isə müəyyən güzəştlərin edilməsi ehtimalı müzakirə olunur. 

Qiymət Mahir

tag: ABŞ,Marko Rubio,Dövlət Katibi,Ukrayna,NATO,Rusiya,Britaniya,Almaniya,Müzakirə,Todaypress.az,