Rubio Netanyahuyla rüsumları müzakirə etdi

Dünya

05.04.2025 12:00

2391

ABŞ dövlət katibi Marko Rubio prezident Donald Trampın tətbiq etdiyi yeni gömrük rüsumlarını İsrailin baş naziri Benyamin Netanyahuyla müzakirə edib. 

TodayPress xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Tammi Brus məlumat yayıb.

Məlumata görə, hazırda İsraildən ABŞ-yə ixrac olunan məhsullara 17%-lik gömrük rüsumu tətbiq edilir.

ABŞ İsrailin ən böyük ticarət tərəfdaşıdır və bu rüsumlar iki ölkə arasında ticarət əlaqələrinə ciddi təsir göstərə bilər.

“Dövlət katibi Rubio İsrailə ABŞ-nin dəstəyini vurğulamaq üçün Netanyahu ilə danışıb. Onlar Qəzzadakı vəziyyəti, girovların azad olunması istiqamətində səyləri və yeni tarifləri müzakirə ediblər”  deyə Dövlət Departamentinin bəyanatında bildirilib.

Qiymət Mahir

tag: ABŞ,Marko Rubio,Dövlət Katibi,Netanyahu,Müzakirə,Todaypress.az,