Rubio: “Rusiyayla münasibətlər istənilən halda davam etməlidir”
“ABŞ Rusiyanın atdığı addımlardan asılı olmayaraq, bu ölkə ilə əlaqələrini davam etdirməlidir”.
TodayPress xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.
“Rusiyayla münasibətləri qoruyub saxlamalıyıq, istər hərəkətləri xoşumuza gəlsin, istərsə də yox” deyə Rubio X sosial şəbəkəsində jurnalist Ketrin Herricə verdiyi müsahibədə bildirib.
Dövlət katibinin bu açıqlaması ABŞ-Rusiya münasibətlərinin gərgin olduğu bir dövrdə gəlib və Vaşinqtonun Moskva ilə gələcək diplomatik kursuna dair yeni siqnallar kimi dəyərləndirilir.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Marko Rubio,Dövlət Katibi,Ukrayna,Todaypress.az,