Rubio təcili geri qayıtdı

Dünya

14.02.2025 11:18

1191

ABŞ Dövlət katibi Marko Rubionun olduğu təyyarədə Təhlükəsizlik konfransında iştirak etmək üçün Münhenə gedən zaman texniki nasazlıq aşkarlanıb.

TodayPress xəbər verir ki, bu barədə “ABC” məlumat yayıb.

Məlumata görə, təyyarə Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdıb.

ABŞ Dövlət Departamenti hadisənin təfərrüatını açıqlamayıb.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 14-16-da baş tutacaq və Rubionun bu konfrans çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.

Nicat Osman

tag: ABŞ,Dövlət Katibi,Marko Rubio,Ukrayna,Todaypress.az,