Rubio: “Ukrayna böhranı həll olunarsa, Rusiya ilə əməkdaşlıq mümkündür”

Dünya

18.02.2025 19:10

1305

“ABŞ və Rusiya Ukrayna böhranını həll edə bilsələr, bir çox sahədə əməkdaşlıq imkanları əldə edə bilərlər”.

TodayPress xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Ər-Riyadda rusiyalı nümayəndə heyəti ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında vurğulayıb.

“Rusiya ilə tərəfdaşlıq qurmaq üçün böyük imkanlar görürük. Bu, həm geosiyasətə, həm də iqtisadiyyata aiddir” deyə qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə Vaşinqton və Moskvadakı səfirliklərin fəaliyyətinin bərpası təmin olunmalıdır. Daha sonra Ukrayna problemi həll edilməli və yalnız bundan sonra ikitərəfli əməkdaşlıq məsələlərinə keçmək mümkün olacaq.

Qiymət Mahir

tag: ABŞ,Rusiya,Ukrayna,Dünya,todaypress.az,