Rumıniya Prezidenti Klaus Yohannis istefa verir
Rumıniya Prezidenti Klaus Yohannis vəzifəsindən istefa vermək qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Siyasətçi bildirib ki, o, fevralın 12-də postunu tərk etməyi planlaşdırır.
Bu gün müxalifət partiyaları parlamentdə dövlət başçısına impiçment elan edilməsi üçün səsvermə keçirilməsini tələb etməyi planlaşdırırdı.
Rumıniya Konstitusiyasına əsasən, prezident istefa verdikdə yeni dövlət başçısının seçkiləri üç ay ərzində keçirilməlidir.
Qiymət Mahir
tag: Ruminiya,İstefa,Klaus Yohannis,İmpiçment,Todaypress.az,