Rumıniya və Bolqarıstan Qara dənizdə status-kvonunun dəyişəcəyindən narahatdır
Rumıniya və Bolqarıstan ABŞ-Rusiya danışıqlarının Qara dənizdə status-kvonu dəyişdirə biləcəyindən və Moskvanın bölgədəki təsirinin genişlənəcəyindən narahatdır.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Nəşrə görə, Qara dəniz sahilində yerləşən iki Avropa İttifaqı ölkəsi potensial razılaşmaların Rusiya donanmasının fəaliyyət zonasını genişləndirə biləcəyindən ehtiyatlanır.
Ukrayna müharibə dövründə Qara dənizin qərb hissəsindən Rusiya hərbi gəmilərini uzaqlaşdırmağı bacarıb. Region rəsmilərinin fikrincə, ABŞ və Rusiya arasında əldə edilə biləcək istənilən razılaşma Moskvanın mövqeyini gücləndirə və qonşu ölkələrin təhlükəsizliyinə təsir göstərə bilər.
“Bu, bizim regionumuzdur və ruslara etibar etmirik. Əgər onlara daha çox hərəkət azadlığı verilərsə, vəziyyət kritik ola bilər” deyə Avropa İttifaqının yüksək səviyyəli rəsmisi bildirib.
Qiymət Mahir
tag: Rumıniya,Bolqarıstan,ABŞ,Qara dəniz,todaypress.az,