Rumıniyada partiya lideri prezident seçkilərindən kənarlaşdırıldı

Dünya

15.03.2025 16:15

2351

Rumıniyanın Mərkəzi Seçki Bürosu (MSB) qarşıdan gələn prezident seçkilərində SOS Rumıniya partiyasının lideri, Avropa Parlamentinin deputatı Diana Şoşoakə seçkilərdən kənarlaşdırıb.   

TodayPress xəbər verir ki, bu barədə "hotnews.ro" portalları məlumat yayıb.   

Konstitusiya Məhkəməsinin qərarında bildirilir ki, Şoşoakə ictimai çıxışları konstitusiya dəyərlərinə və demokratik cəmiyyətin tələblərinə ziddir.  49 yaşlı suveren siyasətçi, Avropa Parlamentinin deputatı və hüquqşünas Diana Şoşoakə qeyri-konformist bəyanatları ilə tanınır.   

Qeyd edək ki, Rumıniyada prezident seçkiləri mayın 4-də keçiriləcək.   

Türkan İsgəndərli

tag: Ruminiya,Namizəd,Seçki,Kənarlaşdırılma,Todaypress.az,