Rumıniyada prezident seçkiləri başlayır

Dünya

04.05.2025 17:00

23

Rumıniyada prezident seçkilərinin birinci turu keçiriləcək.

TodayPress bər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. 

Bildirilib ki, birinci turda qalib gəlmək üçün namizəd 50 faiz+1 səs toplamalıdır.

İkinci turun (zəruriyyət yaransa) mayın 18-nə keçirilməsi nəzərdə tutulub. 18 milyona yaxın seçici qeydə alınıb, seçki günü 19 min seçki məntəqəsi açılacaq.

Rumıniya vətəndaşları üçün xaricdə səsvermə cümə günü başlayıb və üç gün davam edəcək.

tag: Rumıniya,Prezident,Seçki,todaypress.az,