Rumıniyada prezident seçkilərində müxalifətçi öndə gedir
Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda müxalif millətçi “Rumınların Birləşməsi Alyansı” partiyasının lideri Corc Simion 40,96 faiz səs toplayaraq birinci olub.
TodayPress xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilir ki, ikinci yerdə 20,99 faizlə Buxarest meri Nikuzor Dan, üçüncü yerdə isə 20,07 faizlə hakim koalisiyanın namizədi Krina Antonesku qərarlaşıb.
Qeyd edək ki, seçkilər ötən ilin dekabrında ilk turun nəticələrinin pozuntular səbəbilə ləğv edilməsindən sonra yenidən keçirilir. Bu dəfə 11 namizəd mübarizə aparır. Seçkilərin ikinci turu mayın 18-də olacaq.
Türkan İsgəndərli
tag: Rumıniya,Prezident,Seçki,Müxalif,todaypress.az,