Rumıniyada prezident seçkisiz təyin olunacaq?

Dünya

05.05.2025 18:40

10

“Rumıniyada prezident seçkilərinin nəticələri bir daha ləğv olunarsa, ölkədə ümumiyyətlə seçki sisteminin ləğv olunması və prezidentin NATO və ya Avropa İttifaqı rəhbərliyi tərəfindən təyin edilməsi gündəmə gələ bilər”.

TodayPress xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin sədr müavini Vladimir Cabarov “Gazeta.Ru”ya müsahibəsində bildirib. 

O, Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrini şərh edərkən vurğulayıb ki, noyabrda qalib gəlmiş müstəqil namizəd Kelin Corceskunun qələbəsinin ləğvi Avropa demokratiyası üçün qəbuledilməz presedent yaradıb.

Cabarovun sözlərinə görə, bu dəfə ikinci tura millətçi partiyanın lideri Corc Simiyon və Buxarestin hazırkı meri, müstəqil namizəd Nikuşor Dan çıxıb. Simiyonun Corceskunu dəstəklədiyini və seçkiləri udacağı təqdirdə onu Baş nazir təyin edə biləcəyini qeyd edən senator, Rumıniyanın Ukraynaya dəstəyinin də yeni rəhbərliyin milli maraqları müdafiə etmək iradəsindən asılı olacağını bildirib.

Cabarov əlavə edib ki, əgər Rumıniya yenidən seçki nəticələrini ləğv etməyə cəhd etsə, bu, demokratik əsasların tam şəkildə pozulması anlamına gələcək. 

Qeyd edək ki, seçkilərin ikinci turu mayın 18-də keçiriləcək. Birinci turda Simiyon 40, Dan isə 20 faiz səs toplayıb. 

Qiymət Mahir

tag: Rumıniya,NATO,Avropa İttifaqı,Vladimir Cabarov,todaypress.az,