Rumıniyada prezidentliyə namizəd saxlanıldı

Dünya

26.02.2025 18:40

1911

Rumıniyada prezidentliyə namizəd Kelin Corcesku saxlanılıb.       

TodayPress xəbər verir ki, bu barədə “Agerpress” məlumat yayıb. 

Onun ölkənin Baş Prokurorluğuna aparıldığı bildirilib.

Corceskun həbsinə səbəb kimi rusmeyilli olması və Ukraynanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirməsi göstərilib. 

Qeyd edək ki, bir müddət əvvəl Corcesku Ukrayna ərazisinin qonşu ölkələr arasında bölüşdürülməli olduğu barədə qərəzli bəyanat səsləndirmişdi. 

Nicat Osman

tag: Ruminiya,Namizəd,Həbs,Məhkəmə,Todaypress.az,