Rumıniyada qatarlar toqquşdu: Ölənlər var
Rumıniyanın Konstansa şəhərində dəmir yolu vağzalında iki qatarın toqquşması nəticəsində 28 nəfər xəsarət alıb, 7 nəfər xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.
"IR 1586 nömrəli sərnişin qatarı yola düşməyə hazırlaşarkən manevr edən IR 1688 nömrəli qatarla toqquşub", - məlumatda deyilir.
Nəqliyyat naziri Sorin Qrindyanu bildirib ki, hadisənin səbəbləri müəyyən edildikdən sonra gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün operativ şəkildə qabaqlayıcı tədbirlər görüləcək.
Hər iki qatar texniki baxışdan keçmək üçün depoya aparılıb.
Türkan İsgəndərli
tag: Rumıniya,Qatar,Toqquşma,Ölüm,todaypress.az,