Rus gəmisi darvaza ilə toqquşdu

Dünya

20.04.2025 12:00

12

Rusiyanın "Alfa" gəmisi Don çayında darvaza ilə toqquşub. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsi məlumat yayıb. 

Gəminin Koçetovski su elektrik kompleksində darvazalarla toqquşduğu dəqiqləşdirilir. 

“Don çayı üzərindəki Koçetovski su elektrik kompleksində “Alfa” motorlu gəmisinin qəzaya uğradığı yerdə neft sızıntısı yoxdur” deyə məlumatda bildirilir.

Töhfə Səməd 

tag: Rusiya,Alfa,Gəmi,Don,Çay,Toqquşma,todaypress.az,