Rusiya 162 ərazidə Ukraynanın hərbi aerodromlarına zərbələr endirdi

Dünya

01.05.2025 21:20

15

Rusiya qüvvələri Ukrayna hərbi aerodromlarındakı infrastruktur obyektlərinə və 162 ərazidə pilotsuz katerlərin qovşaqlarına zərbələr endirib.

TodayPress xəbər verir  ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“Rusiya taktiki aviasiyası, hücum təyyarələri, raket qüvvələri və artilleriya bölmələri 162 ərazidə Ukrayna hərbi aerodromlarındakı infrastruktur obyektlərinə, pilotsuz təyyarələrin istehsal sahələrinə, pilotsuz katerlərin qovşaqlarına, eyni zamanda xarici muzdluların müvəqqəti bazalarına zərbələr endirib” bəyanatda açıqlanıb.

Aynur TAC

tag: Ukrayna, Rusiya, Zərbə, Obyekt, Pilotsuz, todaypress.az,