Rusiya 31 Ukrayna PUA-sını vurdu

Dünya

16.03.2025 11:45

2684

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya regionları üzərində Ukraynanın 31 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. 

“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 31 PUA-nı ələ keçirib və məhv edib. Belə ki, Voronej vilayəti ərazisində 16 PUA, Belqorod vilayəti ərazisində 9 PUA, Rostov vilayəti ərazisində 5 PUA və Kursk vilayəti ərazisində 1 PUA". 

Töhfə Səməd 

tag: Rusiya ,PUA,Ukrayna,Müharibə,todaypress.az,