Rusiya 36 Ukrayna PUA-sını vurdu

Dünya

12.04.2025 10:00

17

Rusiya HHM vasitələri ölkənin beş regionu üzərində Ukraynaya məxsus 36 PUA vurub. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

“11 aprel saat 20:00 Moskva vaxtı ilə (Bakı vaxtı ilə 21:00) 12 aprel saat 06:30-a qədər olan müddətdə növbətçi HHM vasitələri tərəfindən təyyarə tipli 36 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib” deyə nazirlikdən bildirilib. 

Əlavə olunub ki, 18 PUA Kursk, 13 PUA Rostov, 2 PUA Orlov və Belqorod vilayətləri, 1 PUA isə Krasnodar diyarı ərazisi üzərində zərərsizləşdirilib.

tag: Rusiya,Ukrayna,PUA,Müdafiə,Todaypress.az,