Rusiya 4 günlük atəşkəs elan etdi

Dünya

28.04.2025 15:30

8

Rusiya Silahlı Qüvvələri mayın 8-i gecə yarısından 11-i gecə yarısına kimi humanitar səbəblərdən hərbi əməliyyatları dayandıracaq.

TodayPress xəbər verir ki, Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin qərarı ilə bağlı məlumat yayıb.

"Humanitar mülahizələrə əsaslanaraq, Qələbənin 80-ci ildönümü günlərində - mayın 7-dən 8-nə keçən gecə yarısından 10-dan 11-nə keçən gecə yarısına qədər - Rusiya tərəfi atəşkəs elan edir. Bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq” Kremlin bəyanatında deyilir.

Töhfə Səməd

tag: Rusiya ,Ukrayna,Atəşkəs,todaypress.az,