Rusiya ABŞ ilə danışıqlarda İranın maraqlarını nəzərə alacaq?

Dünya

06.03.2025 15:00

2872

"Rusiya müttəfiqlərinin mövqeyini nəzərə alır və şübhəsiz ki, ABŞ ilə danışıqlarda da İranın maraqlarını nəzərə alacaq".   

TodayPress xəbər verir ki, bu fikirləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Moğtadai deyib.

"Hazırda İran Rusiya və Çinlə uzunmüddətli strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bu ölkələr hər hansı xarici siyasət qarşılıqlı fəaliyyətində müttəfiqlərinin maraqlarını nəzərə alırlar" o qeyd edib.

Parlamentarinin sözlərinə görə, Ukrayna məsələsinin Moskva ilə Vaşinqton arasında müzakirəsi rəsmi Tehran üçün heç bir təhlükə yarada bilməz.

Çünki İran və Ukraynanın beynəlxalq aləmdə mövqeləri müqayisə oluna bilməz. 

Türkan İsgəndərli

tag: İran,Amerika,Çin,Tramp,Todaypress.az,