Rusiya: ABŞ-nin hədəsi bizə təsir etməyəcək
"ABŞ-nin Ukrayna ilə bağlı vasitəçilikdən imtina edəcəyi ilə bağlı verdiyi bəyanatlar Rusiyanın mövqeyinə təsir göstərməyəcək”.
TodayPress xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “Telegram” kanalında yazıb.
“ABŞ Rusiya ilə Ukrayna arasında vasitəçi kimi qalmaq niyyətində olmadığını bildirdi. Avropa İttifaqı də eyni mövqeni ifadə etdi. Buyursunlar, seçim azaddır” deyə o qeyd edib.
Ulyanov əlavə edib ki, Vaşinqton və Brüssel bu cür açıqlamaların Moskvanın gələcək qərarlarına təsir göstərəcəyini gözləməməlidir.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Rusiya,Hədə,todaypress.az,