Rusiya-ABŞ nümayəndələrinin İstanbul görüşü 4-5 saat çəkə bilər - YENİLƏNDİ

Dünya

10.04.2025 14:33

18

Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda keçirilən məsləhətləşmələr 4-5 saat çəkə bilər. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

"Danışıqlar artıq iki saatdır ki,  başlayıb. Danışıqların əhəmiyyətli hissəsi artıq başa çatıb, lakin bütövlükdə danışıqlar 4-5 saat çəkə bilər" agentliyin mənbəsi bildirib.   

Töhfə Səməd

***

10:35


İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci mərhələsi iştirakçıların Rusiya Baş Konsulluğuna gəlişindən az sonra Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

TodayPress xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. 

Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək. 

Töhfə Səməd

tag: Rusiya,ABŞ,İstanbul,Görüş,Todaypress.az,