Rusiya Almaniya kanslerinə xəbərdarlıq etdi

Dünya

12.05.2025 05:00

15

"Almaniya kansleri Fridrix Merts Rusiyaya qarşı tələsik addımlar atmaqdan çəkinməlidir, əks halda istefa ilə üzləşə bilər".

TodayPress xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev bildirib.

O, Almaniya kanslerini ölkənin xarici siyasətindəki siyasi yanlış hesablamalara görə hansı nəticələrin gözlədiyini xatırladıb. "Qeyri-kamil düşünülmüş addımlar Bundestaq üzvlərinin ultimatum vermək və onu qeyri-adekvat siyasətə görə vəzifədən kənarlaşdırmaq hüququndan istifadə etmələrinə səbəb ola bilər" deyə İvlev xəbərdarlıq edib.

Xatırladaq ki, bundan əvvəl Merz Moskvanın Ukraynada 30 günlük atəşkəslə razılaşmadığı təqdirdə Rusiyanı genişmiqyaslı sanksiyalarla hədələmişdi. O, bu məsələ ilə bağlı Avropa, ABŞ və Böyük Britaniyanın hərəkətlərinin əlaqələndiriləcəyini vurğulayıb.

Töhfə Səməd

tag: Almaniya ,Fridrix Merts,Rusiya,Deputat,todaypress.az,