Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək

Dünya

17.04.2025 23:00

17

"Bu həftə Rusiyadan Ukraynada atəşkəs təklifi ilə bağlı cavab veriləcək"

TodayPress "Unian"a istinadən xəbər verir ki, bu barədə Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

“Onlardan cavabı bu həftə eşidəcəyik. Əslində, çox tezliklə. Biz istəyirik ki, bu müharibə dayansın. Biz istəyirik ki, ölümlər və qətllər sona çatsın” deyə Tramp bildirib.

ABŞ lideri həmçinin onu da vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında gedən müharibədə hər həftə təxminən 2500 nəfər həlak olur.

tag: Ukrayna, Rusiya, ATəşkəs, Putin,ABŞ, Ağ Ev, todaypress.az,