Rusiya Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışladı
Rusiya Azərbaycan və Ermənistan arasında
sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici
İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya ikitərəfli münasibətlərin
normallaşdırılması məqsədilə Azərbaycan və Ermənistan nümayəndələri arasında
təmaslar üçün platforma yaratmağa hazırdır.
Zaxarova onu da deyib ki, Moskva Bakı ilə İrəvan arasında
sülh sazişinin imzalanmasına və regionda nəqliyyat kommunikasiyalarının bərpa
edilməsinə yardım göstərməyi hədəfləyir.
tag: Rusiya, Azərbaycan, XİN, Ermənistan,Zaxarova, todaypress.az,