Rusiya bazarında qalacaq Çin avtomobilləri açıqlandı

Dünya

26.03.2025 10:52

1910

2025-ci ildə Rusiya avtomobil bazarında ən azı doqquz Çin avtomobil markası fəaliyyətini davam etdirəcək.   

TodayPress xəbər verir ki, bu barədə “TASS” agentliyinə “Avilon” şirkətinin yeni avtomobillərin satışı üzrə baş direktor müavini Renat Tyukteyev məlumat verib. 

Ekspertin sözlərinə görə, Rusiya bazarında tələb görən əsas kütləvi seqment markaları yerində qalacaq.

Onların sırasında “Haval”, “Chery”, “Geely”, “Changan”, “Omoda”, “Jaecoo”, “Belgee”, “Jetour” və “Solaris” kimi adlar var.  “Avtodom” konserninin baş direktoru Andrey Olxovski isə bildirib ki, Rusiya bazarında mövqelərini daha çox uzunmüddətli strategiyaya malik iri Çin avtomobil konsernləri qoruyub saxlayacaq. 

Digər tərəfdən, “Rolf” şirkətinin yeni avtomobillər departamentinin direktoru Nikolay İvanov 2025-ci ildə Çin avtomobillərinin satışının kəskin azalacağını proqnozlaşdırıb.

Onun fikrincə, bu markaların satışları illik ifadədə 15–17% azalacaq və bazarı azı üç marka – “Foton”, “SWM” və “Kaiyi” – tərk edəcək. 

İvanov qeyd edib ki, bu markalara olan aşağı tələbat səbəbindən dilerlər satışları təmin etmək üçün qiymətləri süni şəkildə endirmək məcburiyyətində qalırlar ki, bu da maliyyə itkilərinə səbəb olur. 

Qiymət Mahir

tag: Rusiya,Bazar,Çin,Avtomobil,Todaypress.az,