Rusiya Belarusa PUA zavodu tikməyi təklif etdi

Dünya

06.03.2025 17:00

2492

Rusiya Belarusa pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavod tikməyi təklif edib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin məlumat verib. 

"Belarusun ölkə iqtisadiyyatını və təhlükəsizlik sektorunu həqiqətən suveren edəcək öz istehsal müəssisələrinin olması vacibdir. Söhbət Rusiyada mövcud olan texnoloji inkişaflardan gedir. Vahid texnoloji platformadan istifadə isə iqtisadi səmərəliliyi təmin edəcək" deyə o bildirib 

Onun sözlərinə görə, Rusiya Belarusda pilotsuz təyyarə sistemləri üçün bütün əsas komponentlərin istehsalını təşkil etməyi təklif edir. 

"Əsas təklif 1 il ərzində ildə 100 min ədədə qədər pilotsuz uçuş aparatları istehsal edə biləcək zavod tikməkdir. Bu, Rusiya tərəfinin təklifidir, indi biz həmkarlarımızla parametrləri müzakirə edib razılaşdıracağıq" deyə Oreşkin bildirib. 

Aysel Mətləb

tag: Rusiya,Belarus,PUA,Zavod,Todaypress.az,