Rusiya benzinin ixracına icazəni qışın sonuna qədər uzatdı
Rusiya neft məhsulları istehsalçılarının yanvarın 31-dək qüvvədə olan benzini ixrac etmək hüququ fevralın sonuna qədər uzadılıb.
TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə baş nazirin enerji sektoruna nəzarət edən müavini Aleksandr Novakın ofisi məlumat yayıb.
Bildirilib ki, söhbət formal olaraq benzinin ixracına qoyulan məhdudiyyətin uzadılmasından gedir. Lakin istehsalçıları bu tədbirdən kənarlaşdırmaqla hökumət ixracı qadağan etmir, əksinə, daxili bazara gedən yanacağın yenidən satmaq istəyənlərə sədd qoyur.
Töhfə Səməd
tag: Rusiya ,Neft,Məhsul,Benzin,İxrac,todaypress.az,