Rusiya “BMP-3”ün ilk partiyasını təhvil aldı

Dünya

05.02.2025 19:10

1334

“High-Precision Systems” holdinqi Rusiya Silahlı Qüvvələrinə BMP-3 piyada döyüş maşınlarının ilk partiyasını təhvil verib.  

TodayPress xəbər verir ki, bu barədə holdinq özünün “Telegram” kanalında məlumat yayıb.

“Dövlət sifarişi ilə tədarük edilən yeni texnikanın standart konfiqurasiyasına real döyüş şəraitində özünü doğrultmuş müasir mühafizə vasitələri daxildir” deyə məlumatda qeyd edilib. 

Qeyd olunub ki, bütün avtomobillər tam sınaq dövründən keçib. “BMP-3” piyadanın döyüş maşını şəxsi heyəti döyüş meydanına çatdırmaq üçün nəzərdə tutulub. Avtomobildə 100 mm-lik silah, 30 mm-lik avtomatik top və pulemyotlar var. Aralıqlı alüminium zirehləri olan “BMP-3” əlavə zireh və qəfəs ekranları ilə təchiz edilib.  

Nicat Osman

tag: Rusiya,BMP-3 ,Piyada döyüş maşını,Texnika,TodayPress.az,