Rusiya Britaniya və Fransanı ittiham etdi
Paris və Londonun Kiyevə yardım üçün "istəkli koalisiyası" yaratmaq cəhdləri Ukraynada sülh prosesini pozmağa yönəlib.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.
"Avropa elitaları nə qədər "müharibə oyunu" oynasalar da nəticə sıfır olacaq. Qərb ölkələrinin Ukraynaya hərbi kontingent yerləşdirməsi ssenarisi bizim üçün qətiyyən qəbuledilməzdir, çünki bu, Rusiya ilə NATO arasında birbaşa toqquşma təhlükəsi yaradır" deyə diplomatik nümayəndəlikdən bildirilib.
Töhfə Səməd
tag: Paris ,London,Kiyev,İstəkli koalisiyası,todaypress.az,