Rusiya buğdaya olan ixrac rüsumunu artırdı

Dünya

05.04.2025 08:21

2688

2025-ci il aprelin 9-dan Rusiyada buğda ixracına görə rüsum 1 ton üçün 24,04 dollar təşkil edəcək.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, arpanın ixracına görə rüsum hər ton üçün 252,2 rubl (2,98 dollar) təşkil edəcək.

Nazirlik həmçinin qarğıdalı üçün rüsum 1 ton üçün 1251,7 rubl (14,81 dollar) təşkil edəcəyini açıqlayıb.

Aynur TAC

tag: Buğda, Arpa ,Qarğıdalı, Rüsum, Rusiya, Kənd Təsərrüfatı, todaypress.az,