Rusiya Cənubi Koreyaya kömür tədarükünü azaltdı
Rusiyadan Cənubi Koreyaya kömür tədarükü 2025-ci ilin fevralında dörd ilin ən aşağı səviyyəsinə düşüb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin statistika xidməti məlumat yayıb.
Bildirilib ki, bu ilin fevral ayında Cənubi Koreya Rusiya Federasiyasından 112,2 milyon dollar dəyərində kömür idxal edib.
Ən böyük alış elektrik enerjisi istehsal etmək və qatarları idarə etmək üçün istifadə edilən bitumlu kömür olub.
Qeyd edək ki, Rusiya Cənubi Koreyanın ümumi kömür idxalında dördüncü yerdədir. İlk üçlükdə Avstraliya (280,2 milyon dollar), İndoneziya (230,3 milyon dollar) və Kolumbiya (126,9 milyon dollar) qərarlaşıb.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,todaypress.az,Rusiya,Kömür,Dünya,