Rusiya-Çin münasibətləri möhkəmlənir
"Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşlər Rusiya-Çin münasibətlərinə xüsusi təkan verir".
TodayPress xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlarda deyib.
Onun sözlərinə görə, dövlətlərarası münasibətlər iki liderin sayəsində yüksək səviyyəyə çatıb və bütün sahələrdə dinamik inkişaf edir.
Qeyd edək ki, Çin xarici işlər naziri Van Yi aprelin 1-də Moskvaya səfər edib.
Türkan İsgəndərli
tag: Rusiya,Lavrov,Çin,Van Yi,Todaypress.az,