Rusiya, Çin və İran arasında məsləhətləşmələrin vaxtı açıqlandı
Aprelin 8-də Moskvada Rusiya, Çin və İran arasında İranın nüvə proqramı üzrə məsləhətləşmələr keçiriləcək.
TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Görüş aprelin 8-də baş tutacaq" deyə diplomat müvafiq sualı cavablandırarkən deyib. O, həmçinin görüşün ekspertlər səviyyəsində keçiriləcəyini də qeyd edib. Aysel Mətləb
tag: Rusiya,İRan,Çİn,Görüş,Todaypress.az,