Rusiya Çinə rekord həcmdə kömür ixrac etdi

Dünya

05.05.2025 15:05

11

Mart ayında Rusiya Çinə 1,9 milyon ton antrasit kömürü ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59 faiz çoxdur və rekord göstəricidir.   

TodayPress “Kommersant”a istinadla xəbər verir ki, artım ABŞ və Avstraliya ilə bağlı risklər fonunda baş verib. 

Belə ki, Çin fevralda ABŞ-dən gətirilən antrasitə 15 faiz rüsum tətbiq edib, Avstraliyada isə kömür mədənlərində qəza baş verib.  

Rusiya mart ayında Çinə ümumilikdə 7,3 milyon ton kömür satıb. Bütün istiqamətlər üzrə ixrac isə 16 milyon ton təşkil edib.

Qiymət Mahir

tag: Rusiya,Çin,Kömür,İxrac,todaypress.az,