Rusiya dəniz limanlarının yük dövriyyəsi azaldı

Dünya

12.03.2025 23:00

1789

2025-ci ilin yanvar-fevral aylarında Rusiya dəniz limanlarının yük dövriyyəsi illik müqayisədə 6% azalaraq 131,6 milyon metrik tona düşüb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Dəniz Ticarət Limanları Assosiasiyasından bildirilib.

"Rusiya dəniz limanlarının yük dövriyyəsi 2025-ci ilin iki ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 6% azalaraq 131,6 milyon metrik ton təşkil edib" Assosiasiyadan vurğulanıb.

Məlumata görə, quru məhsulların daşınması 4,4% azalaraq 64,5 milyon təşkil edib.

Eyni zamanda, Azov-Qara dəniz hövzəsinin limanlarında yük dövriyyəsi 12,5 faiz azalaraq 40,6 milyon, Xəzər hövzəsi limanlarında isə 27,7 faiz azalaraq 1,2 milyon təşkil edib.

Aynur TAC

tag: Rusiya,Dəniz, Ticarət,İxrac, İdxal, todaypress.az,