Rusiya dollar qıtlığı ilə üzləşdi

Dünya

26.04.2025 16:48

11

Rusiyanın iri bankları dollar qıtlığı ilə üzləşib. Mövcud ehtiyatlar tələbatı ödəyə bilmir.   

TodayPress xəbər verir ki, məlumatı “SharesPro” investisiya şirkətinin təsisçisi Denis Astafyev təsdiqləyib. 

Onun sözlərinə görə, ABŞ-dən rəsmi dollar tədarükü dayandırıldıqdan sonra ölkədəki kommersiya təşkilatları əvvəllər yığılmış ehtiyatlarla işləyir və bunlar əsasən 2013-cü ildən əvvəl buraxılmış əskinaslardır.   

Maliyyəçi qeyd edib ki, banklar vəziyyəti öz xeyrinə çevirməyə çalışır və vətəndaşlardan yeni dollara görə əlavə komissiya alırlar.

tag: Rusiya,Dollar,Qıtlıq,Maliyyə,Todaypress.az,